Burada sizin reklamınız ola bilər

Bakı sakini döyülərək avtomobili əlindən alınıb
23 Sentyabr 2020 , 16:24

Bakı sakini döyülərək avtomobili əlindən alınıb


Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
 

Bu barədə Primetime.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) müraciət edən Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib.
 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, avtomobil sahibinə qaytarılıb.
 

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR