Burada sizin reklamınız ola bilər

Tolikdən Minaya dəstək:
24 Sentyabr 2020 , 11:46

Tolikdən Minaya dəstək: "ARB sənin hesabına gündəmə gəldi" - FOTO


"Mina, ARB sənin hesabına gündəmə gəldi. Buna 1000% əmin ol".

 

Primetime.az xəbər verir ki, bu sözləri prodüser Tolik (Tarix Əliyev) şəxsi İstaqram hesabının hekayə bölməsində yazıb. O, gənc ifaçı Mina Hüseynovanın müdafiəsinə qalxıb. Belə ki, onun ötən gün ARB telekanalında yayımlanan "Xəbər ətər" verilişinə qısa şortla gəlməsi söz-söhbətə səbəb olub. Efirə qoşulan Əməkdar artist Zöhra Abdullayeva, Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Güllü onun bu görkəmini tənqid edib:

 

"Çünki, ora zəng edənlər elə oturub ARB-yə baxırlar! Amma Çinarə mənim ürəyimdir. Verilişi qaldırmaq üçün bu nə yoldu? Səhər-səhər yığırlar Zöhrəyə, Gülüyə. Biz bilirik efirə kimlər baxır, kimlər qoşulur. Qınamıram, reytinq vermir. Heç olmasa belə gündəm olsun. Amma Minanı kim qınayırsa, getsin başını divara vursun. Yazıq qızın günahı yoxdur".

 

 

 

Mina isə verilişin yaradıcı heyətinin ondan belə geyinməsini tələb etdiklərini bildirib:

 

"Mənə özləri dedilər ki, mövzuya uyğun şort geyin. Əgər bununla reytinq istədilərsə, əlimdən gələn köməkliyi etdim".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR