Burada sizin reklamınız ola bilər

Xərçəng xəstəsi olan Xalq artisti əməliyyatından DANIŞDI
24 Sentyabr 2020 , 13:05

Xərçəng xəstəsi olan Xalq artisti əməliyyatından DANIŞDI - VİDEO


Bir müddət əvvəl səhhətindəki problemlə gündəmə gələn Xalq artisti Nisə Qasımova səhhətindən danışıb.

 

Primetime.az xəbər verir ki, əməliyyat olunduğunu deyən müğənni artıq özünü yaxşı hiss etdiyini bildirib.

 

"Uzun müddətdir heç yerdə görünmürdüm. Bu gündən yenidən varam. Eşitdiyiniz məlumatla bağlı deyim ki, bəli, əməliyyat olundum. Kiçik bir əməliyyat idi. Ağrılarımı gündəmə gətirməyi heç vaxt istəməmişəm. Hər bir insanın başına hər xəstəlik gələ bilər. Düzdür, məndə qorxulu nəsə yox idi. Nisəsevərlər məni gözləyir, gözləməyə dəyər. Yeni mahnılar üzərində çalışmağa başlamışam" deyə, Qasımova söyləyib.

 

Qeyd edək ki, mediapost.az saytı N.Qasımovanın xərçəngdən əziyyət çəkdiyini yazmışdı.

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR