Burada sizin reklamınız ola bilər

Lari kəskin ucuzlaşır
26 Sentyabr 2020 , 13:19

Lari kəskin ucuzlaşır


Son günlər Gürcüstanın pul vahidi larinin məzənnəsi dünya valyutalarına nisbətdə kəskin enib. 

 

Primetime.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb. Bu günə olan məzənnəyə görə, 1 avro 3,8812 lari, 1 dollar 3,3332, 1 Azərbaycan manatı  1,9622 laridir.

 

Mənbənin yazdığına görə, əhali mütəxəssislərin gürcü larisinin gələcək taleyi ilə bağlı proqnozlarını gözləmədən valyutadəyişmə məntəqələrinə axışaraq dollar almağa başlayıb. Paytaxt Tbilisidə, bütün mübadilə məntəqələri şəbəkəsinin yerləşdiyi mərkəzi Aleksandr Kazbegi prospektində də izdiham yaşanıb. 

 

Nəşrin məlumatına görə, bir çox insan hazırkı məzənnənin ən sərfəli kurs olduğunu düşünür.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR