Burada sizin reklamınız ola bilər

Bakıda 553 küçə dezinfeksiya edildi
26 Sentyabr 2020 , 18:06

Bakıda 553 küçə dezinfeksiya edildi - FOTOLAR


Sentyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 13-cü dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 553 küçədə dezinfeksiya işləri görülüb.

 

Bu barədə Primetime.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.
 

 

 


 


 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR