Burada sizin reklamınız ola bilər

Adam öldürən keçmiş məhkum saxlanıldı
25 İyul 2019 , 15:26

Adam öldürən keçmiş məhkum saxlanıldı


İyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib.

 

Daxili İşlər Nazirliyindən Primetime.az-a bildirilib ki, o, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş K.Abdullayev orada dünyasını dəyişib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılıb. Araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR