Burada sizin reklamınız ola bilər

Rusiyadan gələn azərbaycanlının avtomobilində siqaretlər aşkarlandı
25 İyul 2019 , 14:20

Rusiyadan gələn azərbaycanlının avtomobilində siqaretlər aşkarlandı


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz 250 D” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Primetime.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön panelinin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 2600 ədəd “Parliament Heets Turquoise Label” markalı siqaretlər aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR