Burada sizin reklamınız ola bilər

Bərdədə ev yanıb, xəsarət alan var
25 İyul 2019 , 14:08

Bərdədə ev yanıb, xəsarət alan var


Bərdə rayonunda yanğın olub.

 

Primetime.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, rayonun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

 

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR