Burada sizin reklamınız ola bilər

Azərbaycanda I dərəcli yollarda sürət dəyişdi
25 İyul 2019 , 12:19

Azərbaycanda I dərəcli yollarda sürət dəyişdi


Azərbaycanda I dərəcəli yolların kateqoriyaları üçün hesabi sürət hədləri müəyyənləşdirilib. 

 

Primetime.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Avtomobil  yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

 

İndiyə qədər I dərəcəli bütün yollarda hesabi sürət 150 km/saat, dərə-təpəli yer şəraitində 120 km/saat, dağlıq yer şəraitində 80 km/saat olub. Dəyişikliyə əsasən, bundan sonra yalnız Ia dərəcəli magistral yollarda  bu sürət həddi saxlanılıb.

 

Respublika əhəmiyyətli Ib dərəcəli sürətli avtomobil yollarında hesabi sürət 120 km/saat, dərə-təpəli yer şəraitində 100 km/saat, dağlıq yer şəraitində 60 km/saat olacaq.

 

Yeni yol dərəcəsi kimi müəyyənləşdirilmiş Ic  dərəcəli yollarda isə hesabi sürət 100 km/saat, dərə-təpəli yer şəraitində 100 km/saat, dağlıq yer şəraitində 60 km/saat olacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR