Burada sizin reklamınız ola bilər

Qusarda 51 yaşlı ruhi xəstə itkin düşüb
25 İyul 2019 , 12:06

Qusarda 51 yaşlı ruhi xəstə itkin düşüb


Qusarda 51 yaşlı qadın itkin düşüb.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Primetime.az-a verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.  L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR