Burada sizin reklamınız ola bilər

Elçin Quliyev Qazax və Ağstafada hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxladı
25 İyul 2019 , 11:04

Elçin Quliyev Qazax və Ağstafada hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxladı


Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

 

Bu barədə Primetime.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Gene­ral-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sər­həd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşmüş, dövlət sər­hədində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirmiş, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşı­rıqlar vermişdir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR