Burada sizin reklamınız ola bilər

Qusarda 254 ədəd çətənə kolu aşkarlanıb
25 İyul 2019 , 10:41

Qusarda 254 ədəd çətənə kolu aşkarlanıb


Qusar rayonunda yabanı halda bitən çətənə kolları aşkarlanaraq məhv edilib. 

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Primetime.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kənd ərazisində yabanı halda bitmiş hündürlüyü 130 santimetrə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

 

Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR