Burada sizin reklamınız ola bilər

Azərbaycan millisi bu gün Kiprlə qarşılaşacaq
13 Oktyabr 2020 , 09:02

Azərbaycan millisi bu gün Kiprlə qarşılaşacaq


Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

 

Primetime.az bildirir ki, Albaniyanın Elbasan şəhərində Azərbaycan və Kipr milliləri qarşılaşacaq. “Elbasan Arena”da baş tutacaq matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də Kipr millisinə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR