Burada sizin reklamınız ola bilər

Bu gün bir neçə ərazidə qaz olmayacaq
25 İyul 2019 , 09:46

Bu gün bir neçə ərazidə qaz olmayacaq


Bu gün səhər saat 09.00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

 

Bu barədə Primetime.az-a  “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

 

Qeyd edilib ki, bundan başqa, daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır. Beləliklə, Bərdə rayonunda saat 14.00-dan işlər tamamlanana qədər 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13.30-dan 15.30-dək 5 kənddə qaz təchizatı dayandırılacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR