Burada sizin reklamınız ola bilər


15 Oktyabr 2020 , 16:06

"Həqiqi qəhrəmanlıq izləmək istəyirsənsə, bu kadrlara baxın" - Türkiyəli müğənnidən Azərbaycana dəstək


Türkiyəli müğənni Sinan Akçıl növbəti dəfə Azərbaycana dəstək olub.

 

Primetime.az xəbər verir ki, sənətçi düşməndən geri alınmış ərazilərdə bayrağımızın dalğalandırıldığı kadrları paylaşaraq, türkiyəli həmkarlarını da tənqid edib:

 

"Həqiqi qəhrəmanlıq izləmək istəyirsənsə, bu kadrlara baxın. Bütün qəlbimlə Gəncəyə başsağlığı verirəm. Azərbaycandan (mən də daxil) onlarla pul qazanmış, hər dəfə möhtəşəm qarşılanmış, sevgiyə boğulmuş müğənni dostlarım, siz də bir az daha hissiyyatlı olun!”.

 

Qeyd edək ki, indiyədək Murat Boz, Seda Sayan, Mahsun Kırmızıgül, Nebahat Çehre, Mustafa Ceceli, Alişan, Tuvana Türkay kimi türkiyəli məşhurlar Azərbaycana dəstək mesajları paylaşıblar.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR