Burada sizin reklamınız ola bilər

Sabah 15 yaşı olacaqdı...
17 Oktyabr 2020 , 14:12

Sabah 15 yaşı olacaqdı...


Təhsil naziri Emin Əmrullayev bu gecə Gəncədə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin raket atəşinə tutulması nəticəsində həlak olanlardan birinin məktəbli olduğunu açıqlayıb.

 

Primetime.az-ın verdiyi xəbərə görə, E.Əmrullayev bildirib ki, 15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı:

 

“Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub. Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!”

 

Qeyd edək ki, Ermənistan dövlət terroru nəticəsində bu hadisədə 13 dinc sakin həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.

Ermənilərin raket atəşi nəticəsində bu gün 48 dinc sakin yaralanıb. Onlardan 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır. İki uşaq itkin düşüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR