Burada sizin reklamınız ola bilər

“Əl boyda körpələrə toxunmaq canavarlıqdır”
17 Oktyabr 2020 , 15:16

“Əl boyda körpələrə toxunmaq canavarlıqdır” - Bayraktar


Bayraktar pilotsuz uçuş aparatlarının yaradıcısı Səlçuk Bayraktar Ermənistanın mülki əhalini hədəf alaraq Gəncə şəhərinə raket hücumu həyata keçirməsinə münasibət bildirib.

 

Primetime.az xəbər verir ki, Səlçuk Bayraktar bu barədə öz tvitter hesabında paylaşım edib.

 

"Müharibənin belə əxlaqı var!Tank tanka, təyyar təyyarəyə, əsgər əsgərə, tüfəng tüfəngə... Müdafiəsiz, günahsız vətəndaşlara, uşaqlara, əl boyda körpələrə toxunmaq qəddarlıq, qorxaqlıq, canavarlıqdır...",-deyə o qeyd edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR