Burada sizin reklamınız ola bilər

İran səfirliyi Ermənistanın Gəncəyə hücumunu pisləyir
17 Oktyabr 2020 , 14:32

İran səfirliyi Ermənistanın Gəncəyə hücumunu pisləyir


İranın Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir.

 

Primetime.az xəbər verir ki, səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır: “Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR