Burada sizin reklamınız ola bilər

Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortacın şəklini yaydılar
23 Oktyabr 2020 , 10:49

Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortacın şəklini yaydılar - VİDEO


Ermənistan mətbuatı cəbhədən dezinformasiya xəbərlərini yaymaqda davam edir.

 

Primetime.az xəbər verir ki, erməni mediası bu dəfə türkiyəli məşhurların  adından istifadə edir. Ermənistan İctimai Radiosu cəbhədən növbəti dezinformasiyada türkiyəli məşhur müğənni Sərdar Ortacın Azərbaycan ordusunun “itkiləri” sırasında yer aldığını qeyd edir. Belə ki, oktyabrın 16-sı və 21-i dərc olunan cəbhə xəbərlərində Sərdar Ortacın 22 il öncə çəkilmiş əsgərlik şəkilləri “öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim olunub.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR