Burada sizin reklamınız ola bilər

Qonşu ölkələrdə koronavirusa yoluxma rekord səviyyədə artır
23 Oktyabr 2020 , 12:13

Qonşu ölkələrdə koronavirusa yoluxma rekord səviyyədə artır


Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

 

Primetime.az “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 1 759 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 24 min 562-yə çatıb. Ölkədə xəstəlikdən 5 nəfər vəfat edib. 350 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 9 751-dir.

 

Rusiyada da son bir gündə rekord sayda, 17 min 340 yeni yoluxma faktı qeydə alınıb.

Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 283 pasiyent ölüb, 11 min 260 nəfər isə sağalaraq xəstəxanadan çıxıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR