Burada sizin reklamınız ola bilər

21 yaşlı “Ya Qarabağ, ya ölüm!”-ə yeni nəfəs
26 Oktyabr 2020 , 17:38

21 yaşlı “Ya Qarabağ, ya ölüm!”-ə yeni nəfəs - VİDEO


Azərbaycan “Base” leyblının ilk layihəsi, bəstəkar Aytən İsmixanovun, Ozan Arifin sözlərinə yazdığı “Ya Qarabağ, ya ölüm!” mahnısı təqdim olunub.

 

Primetime.az xəbər verir ki, leyblın rəhbəri İsa Məlikov, Pərviz İsaqov (ProMete) və Əlixan Rəcəbovdur. Quruluşçu rejissor Vüsal Əhmədzadə, quruluşçu operator Orxan Məmmədov, aranjıman isə Emin Kərimyə məxsusdur. 

 

ADA məzunu Günay Bədəlova mahnını öz ifasənda İnstaqram səhifəsində paylaşdıqdan sonra, ona bu mahnının yeni aranjımanda yazılması və klip çəkilməsi təklif edilb. Günay Bədəlova: “Hələ də başıma gələnlərə inanmıram! Kamera qarşısında dayanıram! İnanılmazdır! Mənim üçün unudulmaz olan isə, çəkiliş zamanı, çəkilişi saxlayıb, hörmətli Prezidentimiz cənab İlham Əliyevin çıxışını diqqətlə dinləməyimiz və doğma Zəngilanımın işğaldan azad edilməsi xəbərini eşitməyim oldu! Sevincimin həddi-hüdudu yox idi!"

 

"Ya Qarabağ, ya ölüm!" mahnısının 21 yaşı var. Bu mahnının yaşıdları bu gün Qarabağda döyüşür, torpaqlarımızı işğalçılardan azad edirlər. Qarabağ Azərbaycandır!

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR