Burada sizin reklamınız ola bilər

“Narın qırmızı rəngləri Orxanın qanını xatırladır”
03 Noyabr 2020 , 10:38

“Narın qırmızı rəngləri Orxanın qanını xatırladır” - FOTOLAR


“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Ermənistanın mülki əraziləri atəşə tutması nəticəsində həlak olan Tərtər rayon sakini 16 yaşlı Orxanın dəfn mərasimini işıqlandırıb.

 

Primetime.az xəbər verir ki, fotojurnalist həmin şəkilləri öz instaqram hesabında paylaşaraq belə şərh verib:

 

“Tərtər, Azərbaycan.

16 yaşlı yeniyetmə Orxan öz bağında nar yığarkən Tərtər şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində vurularaq öldürülüb.

 

Anası və xalası onun tabutunu qucaqlayır. Portretində sevinc dolu gülümsəyən bir oğlan görsənir. Narın qırmızı rəngləri isə bizə kədərlə onun qanını xatırladır. Ailəsinin çəkdiyi acı əbədi olacaq”.

 

 


 


 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR