Burada sizin reklamınız ola bilər

Türkiyə çempionu MY ilə üz-üzə
04 Noyabr 2020 , 09:55

Türkiyə çempionu MY ilə üz-üzə


Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq.

 

Primetime.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları üzrə daha 8 qarşılaşma baş tutacaq. Türkiyə çempionu “Başakşəhər” öz meydanında “Mançester Yunayted”i qəbul edəcək. H qrupunun digər görüşündə isə PSJ və “Leyptsiq” üz-üzə gələcək.

 

E qrupunda “Sevilya” “Krasnodar”ı, “Çelsi” “Renn”i qəbul edəcək. F qrupunda “Zenit” “Latsio”nu, “Brügge” Dortmund “Borussiya”sını sınağa çəkəcək. Ardıcıl iki qələbə qazanan “Barselona” Kiyev “Dinamo”sunu qəbul edəcək. G qrupunun digər matçında “Yuventus” “Ferentsvaroş”un qonağı olacaq.

 

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

4 noyabr

E qrupu

00:00. “Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya)

00:00. “Çelsi” (İngiltərə) – “Renn” (Fransa)

Çelsi – 4, Sevilya – 4, Krasnodar – 1, Renn – 1.

F qrupu

21:55. “Zenit” (Rusiya) – “Latsio” (İtaliya)

00:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)

Latsio – 4, Brügge – 4, Borussiya (Dortmund) – 3, Zenit – 0.

G qrupu

00:00. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna)

00:00. “Ferentsvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya)

Barselona – 6, Yuventus – 3, Dinamo – 1, Ferentsvaroş – 1.

H qrupu

21:55. “Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə)

00:00. “Leyptsiq” (Almaniya) – PSJ (Fransa)

Mançester Yunayted – 6, PSJ – 3, Leyptsiq – 3, Başakşəhər – 0

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR