Burada sizin reklamınız ola bilər

“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda
05 Noyabr 2020 , 13:45

“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - FOTOLAR


Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatı yeni dizaynda istehsal olunacaq.

 

Primetime.az xəbər verir ki, son dövrlər texniki gücü və hərbi əməliyyatlarda qazandığı uğurlarla dünya mediasının və silah sənayesinin diqqətini çəkən “Bayraktar TB2”-nin ön hissəsi köpək balığı ağzı formasında dizayn ediləcək. Yeni görünüşü dizayn edən isə Ömər Erkmendir.

 

Qeyd edək ki, Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-də başladılan əks-hücum hərbi əməliyyatları zamanı Türkiyə istehsalı olan silahlı və silahsız PUA-lardan geniş istifadə edir. Bu hərbi-taktiki əməliyyatlar dünyanın lider ölkələrinin də diqqətini çəkib.

 

Xatırladaq ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktardır.

 

 


 


 


 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR