Burada sizin reklamınız ola bilər

“Sərsəng”də bu gecə terror törətmək istəyən PKK-çılar məhv edildi
06 Noyabr 2020 , 12:39

“Sərsəng”də bu gecə terror törətmək istəyən PKK-çılar məhv edildi


Ermənistan silahlı qüvvələri tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib.

 

Primetime.az ordu.az-a istinadən xəbər verir ki, gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq terror-təxribat aktları törətməyə cəhd ediblər. Daxil olmuş əməliyyat məlumatları əsasında, onların "Sərsəng" SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb.

 

Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən edilib və çoxlu sayda heyəti məhv edilib.

 

Əldə edilən məlumata görə, məhv edilən terrorçuların daxilində “Əl-Həsəkə Hərbi Şurası”nın üzvləri, vaxtilə “Barış Pınarı” əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktları törətmiş Əbdülbari Zərdüşt, Seydo Ahmet, Mahir Qabar kimi şəxslər yer alıb.

 

Qeyd edək ki, gecə ərzində aparılan əməliyyatlar zamanı azı 15 PKK terrorçusu məhv edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR