Burada sizin reklamınız ola bilər


18 Noyabr 2020 , 12:15

"Xocalıda soyqırıma məruz qalanların ruhu indi şaddır"


"Ermənistan Xocalıda qətliam törətmişdi. Bu gün orada soyqırıma məruz qalan uşaqdan qocayadək hamısının ruhları şaddır. Bu zəfəri bizə yaşadan Azərbaycan Ordusuna təşəkkür edirik. 30 ildən sonra Azərbaycan torpaqlarının işğaldan qurtuluşunu həm də Prezidentimiz İlham Əliyevin, ordumuzun və millətimizin bir, bütöv olması ilə bağlayırıq".

 

Primetime.az xəbər verir ki, bu sözləri Xalq artisti Azərin "Anadolu" Agentliyinə açıqlamasında deyib. Müğənni Kocaelidəki konsertindən sonra media nümayəndələrinə açıqlama verib. O, məşhur “Çırpınırdı Qaradəniz” mahnısının tarixçəsindən danışıb:

 

"Öz tariximizi yenidən yazdıq. Bu tarixi yazmaqda bizə Türkiyə, xalqı və ordusu mənəvi dəstək verdi. Bu, bizim ortaq zəfərimizdir. Çox yaxın zamanda Qarabağda, Şuşada gözəl konsertlər edəcəyik.

 

Əsərdə səsləndirdiyim kimi, Azərbaycan bayrağını Qarabağda asdıq. Sıra Qarabağda konsertlərə gəldi, ən böyük arzum reallaşacaq. "Çırpınırdı Qara dəniz" adlı əsərə heç vaxt bir mahnı kimi baxmadım. Ona Azərbaycanın, türk insanının musiqi tarixi olaraq baxdım. Artıq mahnı yox, millətin mirasıdır. Hisslərimi xalqıma ötürdüyüm üçün bu mahnı simvola çevirildi. Əsərin müəllifləri Əhməd Cavad və Üzeyir Hacıbəyovdur. Səhnəyə 25 il əvvəl gələndə müəlliflərin ailəsindən icazə aldım, "Azərbaycan bayrağını Qarabağda asacağıq" misrasını əlavə etdim. Bu ifadə bir dua idi, hər zaman inanaraq ifa etdim".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR