Burada sizin reklamınız ola bilər

Aysel Alim Qasımov ilə bir araya gəldi
18 Noyabr 2020 , 14:16

Aysel Alim Qasımov ilə bir araya gəldi - AUİDO


"Eurovision" təmsilçilərimizdən olan müğənni Aisel (Aysel Məmmədova) yeni ifasını təqdim edib.

 

Primetime.az xəbər verir ki, ifaçı "Yat rahat" adlı mahnısını Xalq artisti Alim Qasımov ilə birgə səsləndirib. Alim bəylə bu işdə bir araya gəlməsindən söz açan Aysel, ona qarşı olan məmnunluğunu də dilə gətirib:

 

"Ölkədə baş verən hadisələrlə əlaqədar olaraq neçə vaxtdır ki, hamımız göz yaşlarının, sevinc ilə əvəz olunması emosional vəziyyətində idik.
Təəssüf ki, son bir ayda sevincli xəbərlərlə yanaşı, hər birimizə güclü təsir göstərən faciəli hadisələr də baş verdi. Etiraf edirəm ki, aktual hadisələr mövzusunda material yazmaq fikri dərhal deyil, mülki şəxslərin, o cümlədən uşaqların atəşə tutulduğu Gəncədəki terrordan sonra gəldi. Bu, məndə dərin təəssürat yaratdı və həqiqətən təsiredici və ürəylərə toxunan, bir mahnı yazmaq istədim.


Mahnıların hazırlanması prosesində Bərdə şəhəri də atəşə tutuldu, burada da uşaqlar öldürüldü və layihəni erməni təcavüzünün qurbanı olan uşaqların xatirəsinə həsr etməyə qərar verdik".

 

Qeyd edək ki, mahnının musiqisi və sözləri ifaçının özünə məxsusdur. Muğam hissəsindəki qəzəl Xosrov Sərtibi tərəfindən yazılıb.
Aranjmanı Emin Kərim, balaban və tütək partiyasını isə Coşqun Sadıqov səsləndirib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR