Burada sizin reklamınız ola bilər

Rza Diqqəti Azərbaycanda ən çox bu mənzərədən təsirlənib
20 Noyabr 2020 , 11:25

Rza Diqqəti Azərbaycanda ən çox bu mənzərədən təsirlənib - VİDEO


“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) Türkiyənin "Haber Global" telekanalına müsahibə verib.

 

Primetime.az xəbər verir ki, o, müsahibəsində Birinci Qarabağ savaşında və Vətən müharibəsində gördüklərindən, çəkdiklərindən söz açıb. Diqqəti eyni zamanda, erməni vəhşiliyindən söz açıb, Kəlbəcərdə evləri yandırmalarından bəhs edib. Onun sözlərinə görə, azərbaycanlılar öz-dədə baba yurdlarından zor gücü ilə çıxarılanda evlərinin qapılarını bağlamırdılar ki, ermənilər gəlib qapılarını sındırmasınlar.

 

Tanınmış fotojurnalist müsahibəsində Azərbaycanda şahidi olduğu, ən çox təsirləndiyi mənzərədən də söz açıb:

 

"Şuşa işğaldan azad olunan gün Şəhidlər Xiyabanında 3 qadın gördüm. Baxdım ki, atalarının məzar daşındakı şəkillə danışırlar. Dedi ki, "Ata, Şuşamız azad olundu, biz gedirik, sən də gəl". O mənzərə mənə çox təsir etdi".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR