Burada sizin reklamınız ola bilər

27 ildən sonra Ağdam məscidində dua oxundu
20 Noyabr 2020 , 15:20

27 ildən sonra Ağdam məscidində dua oxundu - VİDEO


"Russia Today" telekanalı işğaldan azad olunan Ağdam şəhərinin Cümə Məscidindən reportaj hazırlayıb.

 

Primetime.az xəbər verir ki, jurnalist əsgərlərin məsciddə təmizlik işləri etməsini və ora xalça sərməsini görüntüləyib.

 

"Ağdam məscidində son 27 ildən sonra edilən ilk duanı lentə aldıq. Siz əsgərlərin hazırda burada etdiklərini görə bilirsiniz. Biz həm də Ermənistan və Azərbaycan tərəfləri arasındakı təmas xəttini keçməyə icazə verilən ilk mətbuat nümayəndələriyik, bunun üçün rus sülhməramlılarına minnətdarıq. Ağdam şəhəri və bölgəsi rəsmən Azərbaycanın nəzarətinə qaytarılıb.Bu, Azərbaycan üçün böyük hadisədir. Onlar bundan sonra məscidi bərpa edəcəklər" deyə, jurnalist söyləyib.


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR