Burada sizin reklamınız ola bilər

Lavrov Ermənistan prezidenti və Baş naziri ilə görüşdü
21 Noyabr 2020 , 15:18

Lavrov Ermənistan prezidenti və Baş naziri ilə görüşdü


Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Primetime.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova feysbuk səhifəsində bildirib.

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Prezidenti Armen Sarkisyanla da görüş keçirib. Bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat verilib. “Sergey Lavrov Ermənistan Prezidenti ilə görüşdü”, - məlumatda deyilir.

 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla ilk əyani görüş keçirib. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova feysbuk səhifəsində bildirib.

“Yerevanda Rusiya və Ermənistan XİN başçılarının qısa görüşü keçirilib”, - deyə Zaxarova qeyd edib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR