Burada sizin reklamınız ola bilər

Sabah yağış yağacaq
22 Noyabr 2020 , 13:56

Sabah yağış yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir  yağış yağacağı  gözlənilir.

 

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 767 mm civə  sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq.  

 

Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar  yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə  duman olacaq. Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə  şaxta olacaq.  

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR