Burada sizin reklamınız ola bilər

Şamaxıda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstələri saxlanıldı
26 Noyabr 2020 , 11:04

Şamaxıda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstələri saxlanıldı - FOTO


Şamaxıda yaşayış yerini tərk edən dörd COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb.
 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
 

Məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub. Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.Dəmirov və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.
 

Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən edilib və əraziyə həkim briqadası çağırılıb. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.
 

Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində hər dörd şəxs barəsində cinayət işi başlanılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR