Burada sizin reklamınız ola bilər

Bakıda kişi amansızlıqla qətlə yetirildi
27 Noyabr 2020 , 11:58

Bakıda kişi amansızlıqla qətlə yetirildi


Dünən saat 20:00 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.
 

Bu barədə Yasamal Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub. 
 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
 

İstintaqla hadisənin zərərçəkmişin tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək, hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.
 

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR