Burada sizin reklamınız ola bilər

Lalə Məmmədova da koronavirusa yoluxdu
30 Noyabr 2020 , 10:34

Lalə Məmmədova da koronavirusa yoluxdu


Əməkdar artist Lalə Məmmədova da koronavirusa yoluxub.

 

Primetime.az xəbər verir ki, bir neçə gündür səhhətində problem olan müğənni Covid-19 testi verib və cavabı pozitiv olub. Məmmədova ilə yanaşı anası və övladları da virusa yoluxublar.  Müğənni  sosial şəbəkədə ailəsinin vəziyyətindən bəhs edib:

 

"Nigarançılığınıza səbəb olduğum üçün hamınızdan üzr istəyirəm. Zəng edib soruşan, yazan, dua edən hər kəs sağ olsun. Virus ailəmizdən yan keçmədi. Bir ailənin kiçiyindən tutmuş böyüyünədək hamısının xəstələndiyini gözünüzün qabağına gətirsəniz səhnə sizə bəlli olacaq. 7 yaşlı kiçik qızım belə iybilmə, dadbilməni itirib. Qorunun, yaşlıları qoruyun... Hər gün haldan hala düşən valideynlərimi görmək bilsəniz nə qədər ağrılıdır. Ağrılı və vicdan əzablı... Bu gün xəstəxananın əməkdaşı məndən xəstəliyin yoluxma səbəbini və ilkin şəxsin kim olduğunu soruşanda, ürək ağrısı ilə "mənəm" dedim.

 

Ancaq son yoluxma ehtimal olunan məkan - telekanallarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil. "Efirimizə niyə gəlmirsiniz?" deyib, giley-güzar edən televiziya işçiləri, dostlarım, siz maska geyinsəniz də, biz maska taxıb çıxıb efirdə oxumuruq. Bu halda biz sənətçilərin yoluxma riski daha çoxdur. İnşallah, her şey yoluna düşər və biz yenə efirlərdə görünərik. Diqqətli olun... Bir adamın yoluxması 1 ailənin yoluxmasına səbəb olur".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR