Burada sizin reklamınız ola bilər

Bakıda 8 yaşlı qız özünü binadan atdı:
30 Noyabr 2020 , 11:05

Bakıda 8 yaşlı qız özünü binadan atdı: Atası evə sərxoş gəldi...


Bakıda intihar hadisəsi baş verib.
 

Primetime.az mediapost-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Nadirova Fərəh Vahid qızı özünü yaşadığı evin 13-cü mərtəbəsindən atıb. 
 

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, intihar edən qızın atası Vahid Nadirov evə mütəmadi olaraq sərxoş halda gəlib. Bunun fonunda V. Nadirov öz həyat yoldaşını döyüb, qızını isə otağına kilidləyib. 
 

F. Nadirovanın intihar etməmişdən öncə otağına bağlandığı ehtimal edilir.
 

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR