Burada sizin reklamınız ola bilər

Murad MTRŞ-ya səsləndi
30 Noyabr 2020 , 13:48

Murad MTRŞ-ya səsləndi "Dost-düşmən baxır, ayıbdır!"


Müğənni-bəstəkar Murad Arif MTRŞ-ya səslənib.

 

Primetime.az xəbər verir ki, sənətçi verilişlərdəki qeyri-peşəkarlığın yığışdırılmasını istəyib:

 

"MTRŞ, ya müğənni çağırmaq, əyləndirmək və şənləndirmək icazəsini bu ölkədə iki-üç kanala ver. Qalanları kino, xəbər, serial, təbiət, cizgi-film, debat, tarix dərsi göstərsin ancaq... Dost-düşmən baxır, ayıbdır! Bu yeknəsək, müğənnili, divanlı "şəngülüm" verilişlər tükənmədi? Müğənnilər klip çəksin, konsertlərdə oxusun, maqazin verilişlərində görünsün. Hər mövzuda "hökmən müğənni də gəlsin" formatı 2021-ci il üçün yaramır axı.

 

İndicə çox pis verilişə baxdım.. İştirakçılar, mədəni səviyyə, yumorun səviyyəsi, danışıq qabiliyyəti, guya vətənpərvərlik söhbətləri... Xaos, fars, dəxlisizlik... O qədər pis idi ki...".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR