Burada sizin reklamınız ola bilər

Azərbaycan və Latviya XİN rəhbərləri telefonla danışdı
04 Dekabr 2020 , 16:51

Azərbaycan və Latviya XİN rəhbərləri telefonla danışdı


Cari ilin 4 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramovun Latviya xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı baş tutub.
 

Primetime.az XİN-ə istinadən xəbər verir ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 

Eyni zamanda, telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.
 

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR