Burada sizin reklamınız ola bilər

Mingəçevirdə karantini pozan hazırlıq mərkəzi aşkarlandı
24 Yanvar 2021 , 13:34

Mingəçevirdə karantini pozan hazırlıq mərkəzi aşkarlandı


Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib.
 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nazif Lətifova məxsus “Fınance Academy” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi maskadan istifadə etmədən əyləşdiyi məlum olub.
 

N.Lətifov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR