Burada sizin reklamınız ola bilər

11 milyonluq şou
09 Fevral 2021 , 14:15

11 milyonluq şou - VİDEO + FOTO


Fevralın 8-də Floridada "Super Bowl" Amerika futbol çempionatı baş tutub.

 

Primetime.az  xəbər verir ki, “Raymond James” stadionunda baş tutan gecədə "The Weeknd" səhnədə yer alaraq, sevilən hitlərini ifa edib.

 

“Raymond James” stadionunda çıxış edən ifaçı şou üçün şəxsi büdcəsindən 7 milyon dollar xərcləyib.

 

Gecənin diqqət çəkən məqamlarından biri ifaçının “Givenchy” markasına məxsus bahalı geyimi olub. Bu libasın hazırlanmasına 18 gün vaxt sərf edilib.

 

Pandemiyaya uyğun olaraq keçirilən 12 dəqiqəlik “Super Bowl”da peyvənd olunmuş 25 min tamaşaçı iştirak edib. Onlardan 7500 nəfəri səhiyyə işçisidir.

 


 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR