Ermənistanda fərarilik faktları üzrə qaldırılmış cinayət işlərinin sayı 10 min ötüb.
Primetime.az xəbər verir ki, bu haqda erməni qəzeti "Joxovurd" yazır. Qəzetin məlumatına görə, müstəntiqlər insanların verdikləri ifadələri hüquqi nöqteyi-nəzərdən necə qiymətləndirəcəklərini bilmirlər.
"Onlar canla-başla müharibəyə yola düşüblər, əgər göydən od yağırdısa və onların dostları gözləri qarşısında külə dönürdüsə nə etmək olardı? Bizim başqa seçimimiz yox idi, xilas olmaq üçün qaçmaq məcburiyyətində idik. Biz nə etməli idik? Ölməli idik?" — qəzet belə yazır.