Burada sizin reklamınız ola bilər

İctimai nəqliyyat 2 gün işləməyəcək
20 Fevral 2021 , 11:49

İctimai nəqliyyat 2 gün işləməyəcək


Bu gündən fevralın 22-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

Primetime.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

 

Bununla əlaqədar 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

 

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR