Burada sizin reklamınız ola bilər

Bakıda avtomobil ər-arvadı vurdu, vəziyyətləri ağırdır
21 Fevral 2021 , 11:00

Bakıda avtomobil ər-arvadı vurdu, vəziyyətləri ağırdır


Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 

Primetime.az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Yolu keçən 1963-cü il təvəllüdlü İmanov Əbülfət Əhməd oğlu və həyat yoldaşı, 1965-ci il təvəllüdlü İmanova Aybəniz Cəmil qızını avtomobil vurub.

 

Yaralılar təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Müayinə zamanı Ə.İmanova sol incik sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları, A.İmanovaya isə qapalı kəllə-beyin travması, alnın cırılmış yaraları, sol oturaq qaşıq sümüyünün sınığı diaqnozları qoyulub.
 

Hər iki yaralı həkim nəzarətinə götürülüb.
 

Hadisənin təfərrüatı araşdırılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR