Burada sizin reklamınız ola bilər

İmişlidə avtomobil 8 yaşlı iki uşağı vurdu
21 Fevral 2021 , 16:14

İmişlidə avtomobil 8 yaşlı iki uşağı vurdu


İmişli rayonunda bir uşağın ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
 

Primetime.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Aranlı kəndində qeydə alınıb.
 

İlkin məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Elə bu zaman avtomobil yolu keçmək istəyən 8 yaşlı iki uşağı - Aranlı kənd sakinləri - 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlu və həmyaşıdı Hüseynli Umud Musa oğlunu vurub.
 

Nəticədə uşaqlardan biri ölüb. Digəri isə ilk tibbi yardımdan sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR