Burada sizin reklamınız ola bilər


22 Fevral 2021 , 13:07

"Zorlanan qıza yox, cinayətkara can yandırdınız"


Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

 

Primetime.az  xəbər verir ki, müğənni sosial şəbəkədə yayımladığı statusunda bunları qeyd edib:

"Nə kimi əməlisalehlik etmişiniz bu həyatda?

 

• Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız.
• Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
• Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, "haramla yığıb da!" dediniz.
• Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.
• Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

 

İndi də intihar edənləri, araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR