Burada sizin reklamınız ola bilər

Həyat yoldaşı Hüseyinə övladları ilə görüşməyə qadağa qoydu
22 Fevral 2021 , 15:06

Həyat yoldaşı Hüseyinə övladları ilə görüşməyə qadağa qoydu


"Ayrılmaq mənim istəyimlə olmayıb. Məni məcbur edib ora apazdırıblar ki, sənədləri yaz".

 

Primetime.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "ATV maqazin onlarla" proqramında deyib. Musiqiçi ayrıldığı həyat yoldaşı İncinin ona uşaqlarını görməyə imkan vermədiyini söyləyib: 

 

"İki övladım var. İndi onları görə bilmirəm. Hər gün gedərdim yanlarına... Sadəcə, olaraq anaları sağ olsun, onun sayəsində olmur. İstəməzdim uşağı mənə qarşı istifadə etsinlər. İnanıram ki, qızlarım böyüyüb hər şeyi başa düşüb qayıdacaqlar. İki qızıma da hazırda yaşadıqları mənzildən başqa ev hədiyyə etmişəm. Onları aparıb-gətirmək üçün avtomobil də almışam. Bir neçə ay əvvəl soruşsanız ağalayardım. İndi özümə gəlirəm".

 

Qeyd edək ki, Hüseyn aktrisa Aysel İbrahimova ilə ikinci dəfə ailə qurub.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR