Burada sizin reklamınız ola bilər

Yalçın Rzazadənin oğlu:
23 Fevral 2021 , 10:14

Yalçın Rzazadənin oğlu: "Layiq bilsələr, Fəxri Xiyabanda dəfn edəcəyik" - FOTOLAR


Xalq artisti Yalçın Rzazadə bu gün dəfn ediləcək.
 

Xalq artistinin oğlu Orxan Rzazadə Primetime.az-a açıqlamasında mərhumun dəfni haqqında bu sözləri deyib:
 

"Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək. Layiq görməsələr biz planlaşdırdığımız yerdə dəfn edəcəyik. Bir-iki qəbristanlıq planda var. Məsləhət edib, harada dəfn edilməsini dəqiqləşdirəcəyik. Mədəniyyət Nazirliyinə müraciət edilib, cavab gözləyirik. Digər tərəfdən müraciət etməyə də ehtiyac yoxdur. Bütün Azərbaycan xalqı bilir ki, Yalçın Rzazadə rəhmətə gedib".
 

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün axşam saatlarında 74 yaşında dünyasını dəyişib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR