Burada sizin reklamınız ola bilər

Yalçın Rzazadə son mənzilinə yola salındı
23 Fevral 2021 , 12:25

Yalçın Rzazadə son mənzilinə yola salındı


Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilib. 
 

Primetime.az xəbər verir ki, tədbir Xalq artistinin Yasamal rayonu ərazisində yerləşən evində baş tutub. 
 

Mərasimdə Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, əməkdar artist Mirnazim Əsədullayev və başqa mədəniyyət nümayəndələri iştirak edib. 
 

Daha sonra Y.Rzazadənin nəşi torpağa tapşırılması üçün Lənkərana yola salınıb.
 

Qeyd edək ki, 74 yaşlı sənətkar ötən gün vəfat edib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR