Burada sizin reklamınız ola bilər

Mərkəzi Bank bu dəfə 1 milyondan çox pul xərclədi
01 Mart 2021 , 16:15

Mərkəzi Bank bu dəfə 1 milyondan çox pul xərclədi


Mərkəzi Bank elektron sənəd dövriyyəsi xidmətini almaq üçün milyonlar xərcləyib.

 

Primetime.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumun  rəhbəri Osman Gündüz məlumat paylaşıb. O qeyd edib ki, Mərkəzi Bank istismarda olan elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi üçün  ötən il  SİNAM  şirkətinə  849895 AZN vəsait ayırıb: “Bu qurum həmin il  eyni vaxtda, istismarda olan bu sistemin proqram təminatının dəstəklənməsi üçün əlavə olaraq 299956 AZN də yenə həmin SİNAM şirkətinə ödəyib.

 

Düşünürəm ki, cəmi 1 il müddətinə təkmilləşmə və dəstəklə bağlı adi, mövcud  bir sənəd dövriyyəsi sisteminə milyondan çox vəsait ayırmaq ağlasığmazdır. Bilmirəm , bəlkə də şirkət Mərkəzi Bankı aldadıb, bəlkə də sövdələşmə var.  

 

Adi məntiqlə yanaşsaq, bu qeyd olunan xidmətlər üçün, hətta sıfırdan yenidən hazırlamaq olsa belə, bu rəqəmlər ağlasığmazdır. Bunun hər hansı izahı yoxdur”.

 

O. Gündüz hesab edir ki,  bunlar həm də onun göstəricisidir ki, eGov-un inkişafına cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət  Agentliyinin eGov Mərkəzinin  elektron hökumətin əlaqələndirilməsi sahəsindəki fəaliyyəti qənaətbəxş deyil: “Qurum eGov sahəsində bir sıra uğurlu həllər təklif etsə də, bütövlükdə elektron hökumət quruculuğunda əlaqələndirmə sahəsində görülən işləri yetərli hesab etmək olmaz. 


 eGov sahəsində İT layihələrin tətbiqində optimallaşma və ekspertiza sistemi yoxdur. 

 

Müxtəlif şirkətlərə məxsus eyni mahiyyətli  rəqəmsal həllər müxtəlif dövlət qurumlarında müxtəlif , ağlasığmaz qiymətlərlə  tətbiq olunursa demək burada effektiv eGov əlaqələndirməsindən danışmaq doğru olmazdı”.


Qeyd edək ki, Mərkəzi Bank son zamanlar özünə yeni bahalı inzibati binanı tikdirməsiylə bağlı gündəmə gəlmişdi. Söhbət 218  milyon avroluq layihədən gedir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR