Burada sizin reklamınız ola bilər


02 Mart 2021 , 11:43

"Anamın "ərə get, mən nənə olmaq istəyirəm" dırdırları məni məcbur etdi..."


"Bəzən qərarı özümüz verdik zənn edərik, əslində o qərar bizim qərar olmur. 23 yaşımda evlənmişəm bilirsiz. Mən ümumiyyətlə ailə quracaq son insan idim. 30-35 yaşıma kimi həyatımı karyerama və səyahətlərə həsr etməyi planlaşdırırdım amma anamın "ərə get, mən nənə olmaq istəyirəm" dırdırları qarşıma çıxan ilk mənə uyğun insanla evlənmək qərarı verib dərhal ana olmağıma səbəb oldu".

 

Primetime.az xəbər verir ki, bu sözlər keçmiş aparıcı Günel Hümbətova İnstagram hesabında yazıb. Amerikada yaşayan Günel paylaşımında ailə qurmasından danışıb:

 

"Qızımı və yoldaşımı sevirəm,yaxşı ki həyatımdadırlar. Amma şüuraltı olaraq tez evlənmə qərarı verməyimin altında bu durur. Niyə Amerikada yaşamağı seçməyimin də kökündə nələrsə dayanır. Həmişə soruşanlara şüurlu şəkildə "təsadüdən belə alındı,yoldaşım burada yaşayırdı" deyirdim. Amma şüuraltımda kiflənmiş cəmiyyətdən qaçmaq dururdu.. Prosto bölüşmək istədim. Bəzən verdiyimiz qərarları özümüzün verdiyini zənn edirik əslində isə buna bizi şüuraltı nəsə vadar edir. Valideynlərin isə hər dediyi yaxşı məsləhət olmur. Bunu bilərək həyatınıza davam edin ".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR