Burada sizin reklamınız ola bilər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulub
02 Mart 2021 , 12:22

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulub


Daxili İşlər Nazirliyi 2021-ci il mart ayının 1-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
 

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.
 

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
 

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.   
 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
 

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR